Bakı. 6 noyabr. REPORT.AZ/ Türkiyədə PKK terror qruplaşması əleyhinə keçirilən hərbi əməliyyatlar zamanı 9 terrorçu məhv edilib.
"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi Şırnak valiliyinə istinadən məlumat yayıb.
Valiliyin yaydığı açıqlamada bildirilir ki, təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyatlar zamanı Cudi Dağı bölgəsində 6, Bestler-Dərələr bölgəsində isə 2 terrorçu öldürülüb. Bir terrorçu sağ ələ keçirilib.
Əməliyyat zamanı eyni zamanda çoxlu sayda silah-sursat da müsadirə edilib.
Bitlis Valiliyinin yaydığı açıqlamada isə Hizan rayonunun Uolbilen kəndində "Şəhid Həsən Hüseyn Gül-5 əməliyyatının keçirildiyi bildirilir. Əməliyyat zamanı bir terrorçu öldürülüb.