Yuxarı

Türkiyədə FETÖ işi ilə əlaqədar 6 jurnalist saxlanılıb

Onlar konstitusiyalı quruluşu dəyişdirməyə cəhddə ittiham edilirlər
© Courtesy İmage

Bakı. 1 aprel. REPORT.AZ/ Türkiyədə FETÖ işi ilə əlaqədar 6 jurnalist saxlanılıb.

"Report"un məlumatına görə, bu barədə "Habertürk" xəbər verib.

Xəbərdə bildirilir ki, Gökçe Fırat Çulhaoğlu, Yakup Çetin, Bünyamin Köseli, Cihan Acar, Abdullah Kılıç, Oğuz Usluer İstanbul Cumhuriyet Baş Prokurorluğunun təlimatı ilə saxlanılıblar. Onlar FETÖ təhqiqatı çərçivəsində, konstitusiyalı quruluşu dəyişdirməyə cəhd göstərməkdə, Türkiyədə Cümhuriyyəti ictimai quruluşuna qarşı çıxmaqda ittiham edilirlər.

Qeyd edək ki, saxlanılanlar bir müddət əvvəl sərbəst buraxılmışdılar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi