Türkiyədə erməni əsilli yazıçı həbsxanadan qaçıb və ölkəni tərk edib

Türkiyədə erməni əsilli yazıçı həbsxanadan qaçıb və ölkəni tərk edib Sevan Nişanyan həbsxananı hansı şəraitdə tərk etməsi barədə danışmayıb
Digər ölkələr
14 İyul , 2017 22:25
Türkiyədə erməni əsilli yazıçı həbsxanadan qaçıb və ölkəni tərk edib

Bakı. 14 iyul. REPORT.AZ/ Türkiyədə erməni əsilli yazıçı Sevan Nişanyan həbsxanadan qaçıb.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, erməni əsilli yazıçı bununla bağlı sosial mediada məlumat verib.

O, habelə jurnalistlərə açıqlamasında da həbsxananı tərk etdiyini təsdiqləyib. Lakin həbsxananı hansı şəraitdə tərk etməsi barədə danışmayıb. 

Qeyd edək ki, o, 17 il azadlıqdan məhrum edilmişdi. Erməni əsilli yazıçı həbsxananı tərk etdikdən dərhal sonra ölkəni də tərk edib.  

Son xəbərlər

Orphus sistemi