Bakı. 17 dekabr. REPORT.AZ/ Türkiyədə fətullahçı terror terror təşkilatının (FETÖ) daha bir üzvü saxlanılıb.
"Report"un məlumatına görə, bu barədə "İhlas" agentliyi xəbər verib.
Məlumata görə, iyulun 15-də baş vermiş dövlət çevrilişinə cəhddə iştirakla əlaqədar barəsində Quşadası Cümhuriyyət Prokurorluğu tərəfindən saxlanılma qərarı verilmiş Harun A. 5 aylıq axtarışlardan sonra saxlanılıb. Hüquq-mühafizə orqanlarının onun həbs edilməsi ilə bağlı əməliyyatı dünən keçirilib.
Qeyd edək ki, Harun A. FETÖ-nün Quşadas rayonundakı cinayətlərinin əsas təşkilatçılarından biridir. Tanınmamaq üçün saqqal və bığ buraxmış FETÖ üzvü Quşadası Dövlət Xəstəxanasında həkim nəzarətindən keçirilib.