Yuxarı

​Türkiyədə avtobus minaya düşüb, 24 nəfər yaralanıb

​Türkiyədə avtobus minaya düşüb, 24 nəfər yaralanıb
Terror aktını PKK silahlıları törədib

Bakı. 29 Avqust. REPORT.AZ/ Türkiyənin Suriya ilə sərhəddə yerləşən Mardin əyalətində avtobusun partlaması nəticəində 10-u polis olmaqla 24 nəfər yaralanıb.

"Report" "Haber Turk" qəzetinə istinadən xəbər verir ki, terror aktı Kürd Fəhlə Partiyasının (PPK) silahlıları tərəfindən törədilib.

Nəşr yazır ki, avtobus terrorçuların basdırdığı minaya düşüb. Yerli təhlükəsizlik qüvvələri insidentdə günahkar olan şəxsin geniş miqyaslı axtarışına başlaayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi