Yuxarı

Türkiyədə ardıcıl üç zəlzələ baş verib

​Türkiyədə ardıcıl üç zəlzələ baş verib

Türkiyədə Mərmərə dənizində 4 bal gücündə zəlzələ baş verib.

Report xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Yalova şəhərindən 3,71 kilometr məsafədə, yerli vaxtla saat 19:52-də qeydə alınan zəlzələ İstanbulda da hiss edilib.

Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub. Zəlzələ əhali arasında təşvişə səbəb olub.

Qandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutu Yalovada yerli vaxtla saat 20:04 radələrində daha iki zəlzələnin baş verdiyini açıqlayıb. Belə ki, beş dəqiqə intervalla 3,2 və 3,0 maqnitudalı zəlzələ olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi