Türkiyənin cənub-şərqində 23 PKK terrorçusu zərərsizləşdirilib

Türkiyənin cənub-şərqində 23 PKK terrorçusu zərərsizləşdirilib Son 18 gündə 4-ü qadın olmaqla PKK-nın daha 9 terrorçusu silahı təhvil verərək təslim olub
Digər ölkələr
1 İyul , 2017 23:59
Türkiyənin cənub-şərqində 23 PKK terrorçusu zərərsizləşdirilib
Foto: "Anadolu"

Bakı. 1 iyul. REPORT.AZ/ Türkiyədə keçirilən antiterror əməliyyatları çərçivəsində ölkənin cənub-şərqindəki Siirt vilayətində iyunun 12-dən bu günə kimi PKK-nın 23 terrorçusu zərərsizləşdirilib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bununla bağlı vilayətin qubernatorunun administrasiyası məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, "F-16" təyyarələri ilə Herekol dağları ərazisinə endirilmiş zərbə nəticəsində 9 terrorçu məhv edilib. Onların mövqeləri kəşfiyyatçı Pilotsuz Uçuş Aparatı ilə müəyyən edilib.

Son 18 gündə PKK-nın daha 9 terrorçusu silahı təhvil verərək təslim olub. Onlardan 4-ü qadınlardır.

Antiterror əməliyyatları Siirt vilayətinin Pərvari rayonunda davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi