Türkiyə və Səudiyyə Ərəbistanı liderləri Suriya münaqişəsini müzakirə ediblər

Türkiyə və Səudiyyə Ərəbistanı liderləri Suriya münaqişəsini müzakirə ediblər İki ölkə rəhbəri arasında telefon danışığı alıb
Digər ölkələr
26 Noyabr , 2017 10:29
Türkiyə və Səudiyyə Ərəbistanı liderləri Suriya münaqişəsini müzakirə ediblər

Bakı. 26 noyabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdül Əziz əs-Səudla telefon danışığı aparıb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, Türkiyənin Prezident Administrasiyasındakı mənbələrin məlumatına görə, söhbət zamanı ikitərəfli münasibətlərlə yanaşı regionda vəziyyət, xüsusilə də Suriya münaqişəsi müzakirə olunub.

Ərdoğan Səudiyyə kralını Soçidə prezidentlərin üçtərəfli görüşünün yekunları və Astana prosesi barədə məlumatlandırıb.

Son xəbərlər

Orphus sistemi