​Türkiyə və İordaniyadan Suriyaya 80 min silahlı keçib

​Türkiyə və İordaniyadan Suriyaya 80 min silahlı keçib Terrorçular İsrail, İordaniya və ABŞ tərəfindən təlim keçib
Digər ölkələr
23 İyun , 2015 06:04
​Türkiyə və İordaniyadan Suriyaya 80 min silahlı keçib

Bakı. 23 İyun. REPORT.AZ/ Türkiyə və İordaniyadan Suriya ərazisinə "Cəbhət ən-Nüsra" terror qruplaşması tərəfində döyüşmək üçün 80 min silahlı daxil olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İranın "Əl-Aləm" dövlət telekanalına müsahibəsində Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəəfəri məlumat verib.

"Bu gün "Cəbhət ən-Nüsra"ya daxil olan ekstremist qruplaşmalara qoşulan 80 min terrorçu Suriya ərazisinə Türkiyə və İordaniyadan keçib. Eyni zamanda "Əl-Qaidə" ilə əlaqəli olan "Cəbhə" terrorçuları İsrail, İordaniya və ABŞ-dan olan mütəxəssislər tərəfindən təlim görüb", - deyə diplomat qeyd edib.

Son xəbərlər

Orphus sistemi