Türkiyə Suriyada PKK mövqelərinə raket zərbələri endirib

Türkiyə Suriyada PKK mövqelərinə raket zərbələri endirib Bakı. 25 yanvar. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri terrorçu PKK/YPG-PYD qruplaşmasının nəzarəti altında olan Suriyanın Tel Rifat bölgəsinə 20-də artıq raket atıb.
Digər ölkələr
25 Yanvar , 2019 17:18
Türkiyə Suriyada PKK mövqelərinə raket zərbələri endirib
Mynet

Bakı. 25 yanvar. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri terrorçu PKK/YPG-PYD qruplaşmasının nəzarəti altında olan Suriyanın Tel Rifat bölgəsinə 20-də artıq raket atıb.

“Report” “Mynet”ə istinadən xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələri yayıb.

Bildirilib ki, raket atəşi nəticəsində terrorçu PKK/YPG-PYD qruplaşmasının Tel Rifatdakı bir neçə möveqələri vurulub.

Tel Rifat ərəblərin çoxluq təşkil etdiyi bölgədir. PKK-nın qolları bu ərazini üç ildir işğal altında saxlayır. Terrorçular Tel Rıfatdan başlayıb Menbiçədək uzanan xətti “Şəehba bölgəsi” adlandırırlar. Bu ərazilər arasındakı əl-Bab rayonu Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun birgə keçirdiyi “Fərat qalxanı” antiterror əməliyyatı nəticəsində azad edilib. Onlar hazırda bu ərazidə yerləşdiyindən terrorçular Tel Rıfat - Mənbic arasında əlaqəni qura bilmir.

PKK/YPG-PYD-nin işğalından sonra Tel Rıfat və ətraf ərazidən 250 min mülki sakin “Fərat qalxanı” əməliyyatı nəticəsində azad edilmiş bölgəyə köç edirlər.

Son xəbərlər

Orphus sistemi