Türkiyə təyyarələri Şimali İraqda 44 hədəfi bombalayıb

Türkiyə təyyarələri Şimali İraqda 44 hədəfi bombalayıb Təyin olunan hədəflərin darmadağın edildiyi bildirilir
Digər ölkələr
15 Noyabr , 2015 18:49
Türkiyə təyyarələri Şimali İraqda 44 hədəfi bombalayıb

Bakı. 15 noyabr. REPORT.AZ/ Bu gün Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Şimali İraqda 44 hədəfə zərbə endirib.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, terrorçu PKK təşkilatının Kandil dağı və ətrafındaki bölgələrdə qış fəsli üçün hazırlanan sığınacaqlar və silah anbarları bombalanıb.

Təxminən bir saat davam edən əməliyyatda təyin olunan hədəflərin darmadağın edildiyi bildirilir.

Son xəbərlər

Orphus sistemi