Yuxarı

Suriyada Əsəd rejiminin əsgərləri bombardman edildi - YENİLƏNİB - 2

Türkiyə Suriya ordusuna ağır zərbələr endirir
Dinlə

4857

Türkiyə ordusunun Suriya ərazisinə endirdiyi aviazərbələr nəticəsində Bəşər Əsədə sadiq qüvvələrə məxsus maşın karvanı məhv edilib.

“Report” xəbər verir ki, bu barədə “Sabah” qəzeti mənbəyə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə, “M-5” beynəlxalq şossesi (şimal-cənub) ilə hərəkət edən Suriya ordusunun əsgərləri bombardman edilib.

Türk qüvvələrinin artilleriyası Hələbin şimalında Tel-Rifaat şəhərində Suriya qoşunlarının mövqelərinə də intensiv atəş açır.

Bu arada Türkiyənin rəsmi xəbər agentliyi “Anadolu” bildirib ki, son iki həftə ərzində Türkiyə hərbi qüvvələri Suriya hökumət qoşunlarının 130-a yaxın hərbi texnikasını sıradan çıxardıb.

17 gün ərzində Türkiyə ordusunun hücumları zamanı 55 Suriya tankı, 18 zirehli və 21 hərbi maşın, 29 haubitsa və üç vertolyot məhv edilib, 1 700 hərbçi zərərsizləşdirilib.


03:41***

Türkiyə ordusu hərbçilərin öldürülməsinə cavab olaraq Suriyanın hökumət ordusunun mövqelərinə zərbələr endirir.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Əlaqələndirmə üzrə sədri Fahrettin Altun deyib. Onun sözlərinə görə, şəhid olan Türkiyə hərbçilərinin qanı yerdə qalmayacaq.

“Suriya ordusunun hədəflərinə atəş açmaq üçün hava və quru qüvvələrdən istifadə edilir. Suriyadakı fəaliyyətimiz bayrağımıza uzadılmış əllər qırılana qədər davam edəcək”.

Xatırladaq ki, İdlibdə Bəşər Əsədə sadiq olan Suriya qoşunların aviazərbələri nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 29 əsgəri şəhid olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi