Türkiyə Suriya ilə bağlı görüşün Tehranda qapalı rejimdə keçirilməsini təklif edib

Türkiyə Suriya ilə bağlı görüşün Tehranda qapalı rejimdə keçirilməsini təklif edib Tehran görüşü aprelin 18-19-na planlaşdırılıb
Digər ölkələr
10 Aprel , 2017 13:03
Türkiyə Suriya ilə bağlı görüşün Tehranda qapalı rejimdə keçirilməsini təklif edib
РИА Новости

Bakı. 10 aprel. REPORT.AZ/ Türkiyə hökuməti Astanada danışıqlarından əvvəl Tehranda Suriya nizamlanması üzrə zamin ölkələrin mətbuata qapalı görüşünün keçirilməsini təklif edib.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti"yə müsahibəsində Suriya xarici işlər nazirinin müavini Faysal Miqdad məlumat verib.

Tehran görüşü aprelin 18-19-na planlaşdırılıb. Astana danışıqların növbəti raundu isə 3-4 may tarixlərində olacaq.

Onun sözlərinə görə, Astanada danışıqların yeni mərhələsi Tehran görüşünün nəticəsindən asılı olacaq.

Son xəbərlər

Orphus sistemi