Türkiyə Silahlı Qüvvələri Suriyada 9 İŞİD terrorçusunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri Suriyada 9 İŞİD terrorçusunu zərərsizləşdirib Terrorçuların 200 hərbi obyekti məhv edilib
Digər ölkələr
15 Yanvar , 2017 10:50
Türkiyə Silahlı Qüvvələri Suriyada 9 İŞİD terrorçusunu zərərsizləşdirib

Bakı. 15 yanvar. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında İŞİD terror qruplaşmasına qarşı növbəti əməliyyat keçirib.

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən xəbər verib.

Məlumata görə, "Fırat kalkanı" (“Fərat qalxanı”) antiterror əməliyyatının 145-cü günündə çərçivəsində terrorçuların 1980 hərbi obyekti məhv edilib.

Əməliyyat zamanı 9 terrorçu zərərsizləşdirilib.

Qeyd edək ki, "Fırat kalkanı" (“Fərat qalxanı”) antiterror əməliyyatı ötən il avqustun 24-də başlayıb.

Son xəbərlər

Orphus sistemi