Türkiyə Silahlı Qüvvələri İŞİD-in dörd "əmir"ini məhv edib

Türkiyə Silahlı Qüvvələri İŞİD-in dörd "əmir"ini məhv edib Suriyanın şimalında həyata keçirilən aviazərbələr nəticəsində sutka ərzində 51 terrorçu zərərsizləşdirilib
Digər ölkələr
4 Fevral , 2017 12:52
Türkiyə Silahlı Qüvvələri İŞİD-in dörd əmirini məhv edib

Bakı. 4 fevral. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi anti-terror əməliyyatı çərçivəsində Əl-Bab və Bzagah rayonlarında terrorçuların mövqelərinə havadan zərbə endirilib. 

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb. 

Nəticəsində sutka ərzində 51 terrorçu məhv edilib. Zərərsizləşdirilən terrorçular arasında İŞİD terror qruplaşmasının dörd "əmir"i də olub.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiy "Fərat qalxanı" əməliyyatı 165-ci gündür davam edir. 

Son xəbərlər

Orphus sistemi