Türkiyə Silahlı Qüvvələri həftə ərzində 50 terrorçunu məhv edib

Türkiyə Silahlı Qüvvələri həftə ərzində 50 terrorçunu məhv edib Öldürülənlərdən 35-i PKK terrorçularıdır
Digər ölkələr
4 Mart , 2017 03:34
Türkiyə Silahlı Qüvvələri həftə ərzində 50 terrorçunu məhv edib

Bakı. 4 mart. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin fevralın 23-dən martın 1-ə qədər keçirdiyi əməliyyatlar zamanı həm ölkə ərazisində, həm də onun sərhədlərindən xaricdə 50 terrorçu məhv edilib.

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən xəbər verib.

Məlumatda bildirilir ki, bu müddət ərzində öldürülənlərdən 35-i PKK terrorçularıdır. Eyni zamanda Suriyanın şimalında keçirilmiş "Fərat qalxanı" əməliyyatı çərçivəsində İŞİD terror qruplaşmasının 6 silahlısı, habelə PYD-nin 9 terrorçusu məhv edilib.

Bundan əlavə, Suriyanın şimalında terrorçuların 12 obyekti, 2 avtomobili də partladılaraq sıradan çıxarılıb. Avtomobillərdən birinin minalı olduğu bildirilir.

"Fərat qalxanı" əməliyyatının başlanğıcından bu günə kimi 241 yaşayış məntəqəsi terrorçulardan təmizlənib.  

Son xəbərlər

Orphus sistemi