Türkiyə sahillərində 51 qaçqın xilas edilib

Türkiyə sahillərində 51 qaçqın xilas edilib Bakı. 7 iyun. REPORT.AZ/ Türkiyənin sahil mühafizəsi Balıkəsir vilayətində, Erdemit sahilyanı ərazisində 51 qaçqını xilas edib.
Digər ölkələr
7 İyun , 2018 05:59
Türkiyə sahillərində 51 qaçqın xilas edilib

Bakı. 7 iyun. REPORT.AZ/ Türkiyənin sahil mühafizəsi Balıkəsir vilayətində, Erdemit sahilyanı ərazisində 51 qaçqını xilas edib.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" məlumat yayıb.

Məlumata görə, Əfqanıstandan olan qaçqınlar hava ilə doldurulmuş qayıqda Yunanıstanın Lesbos adasına getmək istəyiblər. Qaçqınların arasında 21 uşaq da olub.

Lakin mühərrikin sıradan çıxmasından sonra qayıq suyun üzündə istiqamətsiz hərəkət etməyə başlayıb. Qaçqınları Türkiyənin sahil mühafizəsi xilas edib.

Xilas edilənlər sahilə çatdırılıb. Onlara qida və yeni paltar verilib. Bundan sonra miqrantlar Ayvacıq şəhərindəki Qaçqınların Deportasiya Edilməsi üzrə Mərkəzə göndərilib.

Son xəbərlər

Orphus sistemi