Türkiyə Rusiyadan 2,5 milyard dollar dəyərində "S-400" kompleksləri alıb

Türkiyə Rusiyadan 2,5 milyard dollar dəyərində "S-400" kompleksləri alıb Bakı. 27 dekabr. REPORT.AZ/ Türkiyə hakimiyyəti Rusiyadan 4 divizyon S-400 Triumf zenit-raket komleksinlərini əldə edib.
Digər ölkələr
27 Dekabr , 2017 04:40
Türkiyə Rusiyadan 2,5 milyard dollar dəyərində S-400 kompleksləri alıb

Bakı. 27 dekabr. REPORT.AZ/ Türkiyə hakimiyyəti Rusiyadan 4 divizyon "S-400" "Triumf" zenit-raket komleksinlərini əldə edib.

“Report” xarirci KİV-ə istinadən xəbər verir ki, by barədə "Rostex"-in baş direktoru Sergey Çemezov deyib.

Məlumata görə, müqavilənin dəyəri 2,5 milyard dollardır. 

"Qalıb yekun sənədləri təsdiqləmək. Deyə bilərəm ki, müqavilə dəyərinin 45 faizi avans şəklində, qalan 55 faizi isə Rusiyanın verdiyi kreditlərlə ödəniləcək", - deyə o bildirib.

Qeyd edək ki, zenit-raket komplekslərinin ilkin tədarükü 2020-ci ilin mart ayında planlaşdırılır. Dekabrın 11-də Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan "S-400" komplekslərinin çatdırılması məsələsinin həllinin vaxtını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi