Türkiyə prezidentinin köməkçisi: "Afrində əməliyyat gözlənilmədən olacaq"

Türkiyə prezidentinin köməkçisi: "Afrində əməliyyat gözlənilmədən olacaq" Bakı. 17 yanvar. REPORT.AZ/ Türkiyə ordusu Suriyanın şimalındakı Afrin bölgəsində hərbi əməliyyatı qəflətən keçirəcək.
Digər ölkələr
17 Yanvar , 2018 23:24
Türkiyə prezidentinin köməkçisi: Afrində əməliyyat gözlənilmədən olacaq

Bakı. 17 yanvar. REPORT.AZ/ Türkiyə ordusu Suriyanın şimalındakı Afrin bölgəsində hərbi əməliyyatı qəflətən keçirəcək.

"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin köməkçisi Bəkir Bozdağ deyib.

O, qeyd edib ki, Suriya sərhədindən Türkiyəyə qarşı yönəlmiş istənilən təhdidin qarşısını almaq, ölkənin təhlükəsizliyini qorumaq üçün Afrin və digər bölgələrdə hökumət tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə öz hüququnu qorumaq üçün addımlar atacaq. 

"Bu, nə zaman olacaq? Qəflətən", - deyə B.Bozdağ bildirib.

O, ABŞ-ın kürd silahlılarına silahı İŞİD-i məhv etmək üçün verməsi ilə əsaslandırmasını bəhanə adlandırıb. 

Son xəbərlər

Orphus sistemi