Türkiyə prezidenti: “Bəşşar Əsəd terrorçudur”

Türkiyə prezidenti: “Bəşşar Əsəd terrorçudur” "Bir milyon vətəndaşını öldürmüş Suriya prezidenti ilə gələcəyi necə qura bilərik?"
Digər ölkələr
27 Dekabr , 2017 16:19
Türkiyə prezidenti: “Bəşşar Əsəd terrorçudur”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan / REUTERS/ Brendan McDermid

Bakı. 27 dekabr. REPORT.AZ/ “Bunu açıq və qəti şəkildə bildirirəm: Bəşşar Əsəd dövlət terroru yaratmış bir terrorçudur”.

“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Tunisdə bu ölkənin prezidenti Beji Kaid əs-Sebsi ilə keçirdiyi mətbuat konfransında bildirib.

“Suriyada Əsədlə birlikdə fəaliyyət göstərmək mümkün deyil. Niyə? Bir milyon vətəndaşını öldürmüş Suriya prezidenti ilə gələcəyi necə qura bilərik? Suriya xalqı belə birini dövlətin başında görmək istəyərmi? Bu işi biz görə bilmərik. O zaman öldürülən bir milyon Suriya xalqına qarşı haqsızlıq etmiş olarıq. Türkiyə olaraq biz onu (Bəşşar Əsədi nəzərdə tutur – “Report”) tanıya bilmərik”.

Son xəbərlər

Orphus sistemi