Yuxarı

Türkiyə prezidenti bu gün ABŞ-a səfər edəcək

​Türkiyə prezidenti ABŞ-a səfər edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ABŞ-a səfər edəcək.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan Birləşmiş Ştatların dövlət başçısı Donald Trampla görüşəcək.

Bildirilir ki, prezidentlər ən yeni qırıcıların, ABŞ və Rusiyanın "Patriot" və S-400 Hava Hücumundan Müdafiə sistemlərinin alınmasını, həmçinin Suriyadakı vəziyyəti müzakirə edəcəklər.

Görüşdə habelə ABŞ-la Türkiyə arasındakı ikitərəfli əlaqələr müzakirə olunacaq. "Bizim hədəfimiz ticarət dövriyyəsini 100 milyard dollara çatdırmaqdır. Həmçinin hərbi sənayedə addımları müzakirə edəcəyik. Çünki "Patriot"u bizə satmadılar, biz alternativi - S-400-ü tapdıq və bu məsələ bitib", - deyə daha əvvəl Ərdoğan jurnalistlərə bildirib.

"Haber7.com"un yazdığına görə, Ağ Evdə keçiriləcək görüşdə Suriya ilə sərhəd boyu təhlükəsizlik zonasının yaradılması, YPG rəhbərinin təhvil verilməsi, İŞİD-in son durumu, FETÖ ilə mübarizə, F-35 böhranı müzakirə olunacaq. 

Görüşdə eləcə də Suriyada yaranmış vəziyyət diqqət mərkəzində olacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi