Bakı. 16 may. REPORT.AZ/ Türkiyə ordusu ilə beynəlxalq koalisiya qüvvələrinin Suriyanın Hələb şəhərinin şimalındakı terrorçu İŞİD qruplaşmasının mövqelərini bombalamsı nəticəsində 27 terrorçu öldürülüb.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, antiteror əməliyyatında İŞİD-in mövqelərinə Türkiyə hərbçiləri artilleriyadan, beynəlxalq koalisiya qüvvələri isə havadan bombalamaqla zərbə endiriblər.
Məlumata görə, əməliyyat nəticəsində İŞİD-in 5 müdafiə istehkamı və 2 atəş nöqtəsi məhv edilib.