Yuxarı

Türkiyə ordusu PKK-nın İraqdakı obyektlərinə zərbələr endirib

​Türkiyə ordusu PKK-nın İraqdakı obyektlərinə zərbələr endirib

Türkiyə Hərbi Hava Qüvvələri PKK terror təşkilatının İraqın şimalındakı obyektlərinə zərbələr endirib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter"dəki səhifəsində məlumat yayılıb.

Qeyd edilir ki, Türkiyə ordusu PKK-nın Metin ərazisindəki obyektlərinə zərbələr endirib. Hava hücumları zamanı 3 terrorçu zərərsizləşdirilib.

Zərbələr zamanı həmçinin terrorçuların atəş nöqtələri sığınacağı da məhv edilib. Hava zərbələri "Pəncə" əməliyyatının qərargahı ilə əlaqələndirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi