Türkiyə ordusu PKK-nın 8 terrorçusunu məhv edib

Türkiyə ordusu PKK-nın 8 terrorçusunu məhv edib Bakı. 23 iyul. REPORT.AZ/ Türkiyə Hərbi Hava Qüvvələri PKK terrorçularının İraqın şimalında, Avaşin-Basyan və Zap bölgələrindəki obyektlərinə zərbələr endirib.
Digər ölkələr
23 İyul , 2018 03:53
Türkiyə ordusu PKK-nın 8 terrorçusunu məhv edib

Bakı. 23 iyul. REPORT.AZ/ Türkiyə Hərbi Hava Qüvvələri PKK terrorçularının İraqın şimalında, Avaşin-Basyan və Zap bölgələrindəki obyektlərinə zərbələr endirib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Hərbi Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda bildirilir ki, hava zərbələri zamanı 8 terrorçu məhv edilib.

Qeyd edək ki, PKK terror təşkilatı 1984-cü ildə yaranıb. Terrorçular son illər Türkiyədə qanlı terror aktları həyata keçiriblər. ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına salıb.

Son xəbərlər

Orphus sistemi