Yuxarı

Türkiyə ordusu İraqın şimalında bir neçə terrorçunu zərərsizləşdirib

Türkiyə ordusu İraqın şimalında bir neçə terrorçunu zərərsizləşdirib

Bakı. 31 oktyabr. REPORT.AZ/ Türkiyə ordusu İraqın şimalındakı Karas və Avaşin Basyan regionlarında PKK silahlılarına qarşı növbəti antiterror əməliyyatı keçirib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Hərbi Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilir ki, əməliyyatlar zamanı 7 terrorçu zərərsizləşdirilib. Hava zərbələri ilə terrorçuların sığınacağı, atəş nöqtələri və döyüş sursatları məhv edilib.

Məlumata görə, terrorçular Türkiyə ərazisinə basqın hazırlayırmış.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi