Türkiyə ordusu mayın sonlarından İraqın şimalında 96 terrorçunu məhv edib

Türkiyə ordusu mayın sonlarından İraqın şimalında 96 terrorçunu məhv edib Türkiyə Silahlı Qüvvələri İraqın şimalında davam edən Pəncə əməliyyatı çərçivəsində daha bir PKK terrorçusunu məhv edib.
Digər ölkələr
24 İyun , 2019 01:42
Türkiyə ordusu mayın sonlarından İraqın şimalında 96 terrorçunu məhv edib

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında davam edən "Pəncə" əməliyyatı çərçivəsində daha bir PKK terrorçusunu məhv edib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, bununla da, mayın sonlarından İraqın Hakurk rayonu ərazisində məhv edilən terrorçuların sayı 58-ə çatıb. Bu ərazidə həmçinin terrorçuların mağarası aşkarlanaraq məhv edilib. Mağarada zenit qurğusu, snayper tüfəngi və digər silah-sursatlar aşkarlanıb.

Qeyd edilir ki, mayın 27-dən İraqın şimalındakı Qəndil, Avaşin-Basyan, Metin və Hakurk rayonları ərazilərində ümumilikdə 96 terrorçu zərərsizləşdirilib.                      

Son xəbərlər

Orphus sistemi