Türkiyə kosmik stansiya tikməyi planlaşdırır

Türkiyə kosmik stansiya tikməyi planlaşdırır Qanun layihəsi artıq Türkiyə parlamentinin müzakirəsinə göndərilib
Digər ölkələr
3 Oktyabr , 2017 21:29
Türkiyə kosmik stansiya tikməyi planlaşdırır

Bakı. 3 oktyabr. REPORT.AZ/ Türkiyə kosmik stansiyanın tikintisi haqqında qərar qəbul edib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Bineli Yıldırım deyib.

"Kosmik stansiyanın tikintisi haqqında qanun layihəsi artıq Türkiyə parlamentinin müzakirəsinə göndərilib", - deyə baş nazir Eksişehir vilayətində vertolyotlar üçün detalların və ehtiyat hissələrinin istehsalı üzrə zavodun açılış mərasimində bildirib.

Onun sözlərinə görə, bu qərar əhalinin rifahı üçün, kosmik və aviasiya texnologiyaları və təbii ehtiyatlardan istifadə edilməsi hesabına ölkədə inkişafı və təhlükəsizliyi təmin etmək məqsədi ilə qəbul edilib.

Son xəbərlər

Orphus sistemi