Türkiyə HHQ 18 İŞİD terrorçusunu məhv edib

Türkiyə HHQ 18 İŞİD terrorçusunu məhv edib Hava zərbələri Suriyanın qərbində yerləşən Salva yaşayış məntəqəsinə endirilib
Digər ölkələr
12 Noyabr , 2016 11:05
Türkiyə HHQ 18 İŞİD terrorçusunu məhv edib

Bakı. 12 noyabr.. REPORT.AZ/ Türkiyə Hərbi Hava Qüvvələri "Fırat Kalkanı" ("Fərat qalxanı") antiterror əməliyyatı çərçivəsində 18 terrorçunu məhv edib.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, terrorçular İŞİD qruplaşmasına aid olub.

Hava zərbələri Suriyanın qərbində yerləşən Salva yaşayış məntəqəsinə endirilib. 

Son xəbərlər

Orphus sistemi