Yuxarı

Türkiyə Hərbi Qüvvələri PKK-nın İraqdakı mövqelərinə zərbələr endirib

Türkiyə Hərbi Qüvvələri PKK-nın İraqdakı mövqelərinə zərbələr endirib

Bakı. 11 may. REPORT.AZ/ Türkiyənin Hərbi Hava Qüvvələri PKK terrorçularının İraqın şimalındakı mövqelərinə zərbələr endirib.

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi Türkiyə Hərbi Qüvvələrinin Baş Qərargahına istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, zərbələr Hakurk ərazisinə endirilib. Nəticədə terrorçuların sığınacağı və silah anbarı məhv edilib.

Baş Qərargahdan verilən məlumata görə, sığınacaqları məhv edilən terrorçular Türkiyə hərbçilərinə qarşı hücum planlaşdırırmış.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi