Türkiyə Hərbi Qüvvələri PKK-nın 24 terrorçusunu məhv edib

Türkiyə Hərbi Qüvvələri PKK-nın 24 terrorçusunu məhv edib Türkiyə hərbçiləri terrorçuların İraqın şimalındakı Zap regionunda mövqelərinə zərbələr endirib
Digər ölkələr
19 Oktyabr , 2017 23:33
Türkiyə Hərbi Qüvvələri PKK-nın 24 terrorçusunu məhv edib

Bakı. 19 oktyabr. REPORT.AZ/ Türkiyə Hərbi Qüvvələri PKK-nın İraqın şimalındakı Zap regionunda və Türkiyənin cənub-qərbində, Hakkari vilayətindəki mövqelərinə zərbələr endirib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Hərbi Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Zap regionuna endirilmiş artilleriya zərbələri nəticəsində 7 terrorçu zərərsizləşdirilib. Beləliklə, İraqın şimalında keçirilən əməliyyat nəticəsində məhv edilən PKK terrorçularının sayı 24-ə çatıb.

Eyni zamanda PKK terrorçuları Mardin vilayətinin Darkeçid rayonunda 4 nəfəri oğurlayıb. 

Son xəbərlər

Orphus sistemi