Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında 7 terrorçunu məhv edib

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında 7 terrorçunu məhv edib Əməliyyat zamanı terrorçuların sığınacaqları aşkar edilib
Digər ölkələr
26 Dekabr , 2017 23:55
Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında 7 terrorçunu məhv edib

Bakı. 26 dekabr. REPORT.AZ/ Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) İraqın şimalında, bu ölkə ilə sərhəddə yerləşən Metina, Qara və Avaşır-Basyan bölgələrində hüquq-mühafizə orqanlarına hücum hazırlayan 7 PKK terrorçusunu məhv edib.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. 

Məlumatda bildirilir ki, İraqın şimalında PKK terrorçularının məhv edilməsinə dair əməliyyat davam etdirilir.

Əməliyyat zamanı terrorçuların sığınacaqları da aşkar edilib. Antiterror əməliyyatında iştirak edən Türkiyə HHQ təyyarələri öz bazalarına qayıdıb.

Son xəbərlər

Orphus sistemi