Türkiyə hərbçilərinin PKK-nın İraqdakı mövqelərinə endirdiyi zərbələr nəticəsində 7 terrorçu öldürülüb

Türkiyə hərbçilərinin PKK-nın İraqdakı mövqelərinə endirdiyi zərbələr nəticəsində 7 terrorçu öldürülüb Onlar Türkiyənin İraqla sərhəddə yerləşən bazasına hücum etməyi planlaşdırımış
Digər ölkələr
28 İyun , 2017 23:47
Türkiyə hərbçilərinin PKK-nın İraqdakı mövqelərinə endirdiyi zərbələr nəticəsində 7 terrorçu öldürülüb

Bakı. 28 iyun. REPORT.AZ/ Türkiyənin Hərbi Hava Qüvvələri PKK terrorçularının İraqdakı mövqelərinə zərbələr endirib.

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər verib.

Xəbərdə bildirilir ki, terrorçuların İraqın şimalındakı Avaşin-Basyan rayonundakı mövqelərinə endirilmiş hava zərbələri nəticəsində PKK-nın 7 silahlısı zərərsizləşdirilib. Onlar Türkiyənin İraqla sərhəddə yerləşən bazasına hücum etməyi planlaşdırımış.

Qeyd edək ki, ABŞ və Avropa İttifaqı PPK-ı terrorçu təşkilatlar siyahısına salıb. Onun üzvləri Türkiyənin dövlət orqanlarına və vətəndaşlarına silahlı hücumlar təşkil edirlər.

Son xəbərlər

Orphus sistemi