Yuxarı

Türkiyə hərbçiləri Suriyada ABŞ-la birlikdə hərəkət edəcəklər

Türkiyə hərbçiləri Suriyada ABŞ-la birlikdə hərəkət edəcəklər
Qoşunlar Manbicə birlikdə daxil olacaqlar

Bakı. 27 aprel. REPORT.AZ/ Türkiyə hərbçiləri Suriyada ABŞ-la birlikdə hərəkət edəcəklər.

"Report" "Reuters"ə istinadən bildirir ki, bu barədə ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Məlumata görə, Türkiyənin xarici siyasət idarəsinin başçısı bu açıqlamanı NATO-nun mənzil-qərargahında ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə görüşündən sonra verib.

O, qeyd edib ki, qoşunlar xüsusən Manbicə birlikdə daxil olacaqlar.

Bundan əlavə, Pompeo Türkiyənin Rusiyadan "C-400" zenit-raket sistemləri alması qərarı ilə bağlı narahatlığını ifadə edib. "Ona bildirdik ki, bu sistemlər bizə lazımdır", - deyə Çavuşoğlu bəyan edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi