Türkiyə Əfanıstanda bir sıra tədbirlər həyata keçirəcək

Türkiyə Əfanıstanda bir sıra tədbirlər həyata keçirəcək Türkiyə Silahlı Qüvvələri, Kabil Beynəlxalq Hava limanının idarəetməsini həyata keçirəcək
Digər ölkələr
2 Yanvar , 2015 18:32
Türkiyə Əfanıstanda bir sıra tədbirlər həyata keçirəcək

Bakı. 2 yanvar. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri, Kabil Beynəlxalq Hava limanının idarəetməsini həyata keçirəcək.

"Report" TRT-yə istinadla xəbər verir ki,Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (İSAF) fəaliyyətinin başa çatması və vəzifələrini yanvarın 1-dən Dəstək Missiyasına verməsi ilə əlaqədar Türkiyə bu ölkədə bir sıra tədbirlər həyata keçirəcək.

Bu çərçivədə Əfqanıstanda fəaliyyətini davam etdirəcək Türkiyə, beynəlxalq ictimaiyyətlə birgə Kabildə asayişin təmin olunmasına qatılacaq. Türkiyə Silahlı Qüvvələrinin zabitləri Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələri qərargahları və nazirliklərinə müşavir təyin ediləcək, əfqan xalqına səhiyyə xidməti göstəriləcək və Əfqanıstan Silahlı Qüvvələrinin hərbi tədris müəssisələrinə personal dəstəyi veriləcək. Ümumilikdə Əfqanıstanda Türkiyə Silahlı Qüvvələrinin 1000 nəfər hərbçisi xidmət edəcək.

Son xəbərlər

Orphus sistemi