Türkiyə Böyük Millət Məclisinin HDP-dən olan deputatı həbs edilib

Türkiyə Böyük Millət Məclisinin HDP-dən olan deputatı həbs edilib Onunla yanaşı Çağlar Demirel də saxlanılıb
Digər ölkələr
14 Dekabr , 2016 03:31
Türkiyə Böyük Millət Məclisinin HDP-dən olan deputatı həbs edilib

Bakı. 14 dekabr. REPORT.AZ/ PKK terror qruplaşmasının siyasi qolu sayılan HDP-dən olan deputat Besimə Qönçə həbs edilib.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, Türkiyənin Siirt vilayətindən olan millət vəkili silahlı terror təşkilatına üzv olmaqda və terror təşkilatının təbliğatını aparmaqda ittiham edilir.

Qeyd edək ki, Besimə Qönçə bir qədər əvvəl də Cümhuriyyət Baş Prokurorluğu tərəfindən Ankarada saxlanılmış, lakin sonra sərbəst buraxılmışdı. Lakin sonradan prokurorluğun vəsatəti ilə yenidən saxlanılmış deputat barəsində həbs qərarı çıxarılıb.

Onunla yanaşı Çağlar Demirel də saxlanılıb. 

Son xəbərlər

Orphus sistemi