Türkiyə parlamenti Konstitusiyaya prezident idarə üsulu ilə bağlı dəyişiklikləri qəbul edib

Türkiyə parlamenti Konstitusiyaya prezident idarə üsulu ilə bağlı dəyişiklikləri qəbul edib İclasda iştirak edən 488 deputatdan 339-u düzəlişlərin lehinə səs verib
Digər ölkələr
21 Yanvar , 2017 05:16
Türkiyə parlamenti Konstitusiyaya prezident idarə üsulu ilə bağlı dəyişiklikləri qəbul edib

Bakı. 21 yanvar. REPORT.AZ/ Türkiyə parlamenti prezident idarə üsulu haqqında dəyişiklikləri bəyənib.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, səsvermə yanvarın 21-də baş tutub. Parlamentin deputatları Konstitusiyaya prezident idarə üsulunun tətbiqi ilə bağlı olan dəyişikliklərdən ibarət qanun layihəsini dəstəkləyiblər.

İclasda iştirak edən 488 deputatdan 339-u düzəlişlərin lehinə səs verib. AKP-dən olan deputatlar bunu ayaqüstə alqışlayıblar.

Səsvermədən sonra çıxış edən baş nazir Bineli Yıldırım Konstitusiyaya dəyişikliklərlə bağlı "Artıq qərar millətimizindir. Millətin verdiyi qərar başımız, gözümüz üzərindədir" - deyib.

Son xəbərlər

Orphus sistemi