Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammiti qeyri-müəyyən müddətə təxirə salınıb

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammiti qeyri-müəyyən müddətə təxirə salınıb Qırğız Respublikasının Xarici İşlər Nazirliyi sammitin yeni tarixinin təşkilata üzv ölkələrlə razılaşdırılacağını bəyan edib
Digər ölkələr
29 Oktyabr , 2016 13:53
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammiti qeyri-müəyyən müddətə təxirə salınıb

Bakı. 29 oktyabr. REPORT.AZ/ Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bu ilin sonlarında Qırğız Respublikasının paytaxtı Bişkekdə keçirilməsi planlaşdırılan VI sammiti qeyri-müəyyən müddətə təxirə salınıb.

"Report" xəbər verir ki, bu barədə Qırğız Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

XİN sammitin yeni tarixinin təşkilata üzv ölkələrlə razılaşdırılacağını bildirib.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası və Türkiyə təmsil olunur. Şuranın V sammiti 2015-ci ilin sentyabrında Qazaxıstan paytaxtı Astanada keçirilib.

Son xəbərlər

Orphus sistemi