"Türk Hava Yolları"na məxsus təyyarə partlayış təhlükəsi səbəbindən təcili eniş edib

"Türk Hava Yolları"na məxsus təyyarə partlayış təhlükəsi səbəbindən təcili eniş edib Təcili enişdən sonra təyyarədə olan 227 nəfərin hamısı təhlükəsiz yerə təxliyə edilib
Digər ölkələr
24 Yanvar , 2016 17:02
Türk Hava Yollarına məxsus təyyarə partlayış təhlükəsi səbəbindən təcili eniş edib

Bakı. 24 yanvar. REPORT.AZ/ ABŞ-ın Hyuston şəhərindən İstanbula uçan “Türk Hava Yolları” şirkətinə məxsus “Boeing-777-300” təyyarəsi İrlandiyada təcili eniş edib.

"Report"un RİA "Novosti"-yə istinadən verdiyi məlumata görə, təcili enişə təyyarənin göyərtəsində bomba olmasına dair yazının aşkarlanması olub.

Təcili enişdən sonra təyyarədə olan 227 nəfərin hamısı təhlükəsiz yerə təxliyə edilib.

İrlandiya polisindən bildiriblər ki, məcburi eniş təyyarənin göyərtəsində bomba olması barədə məlumata görə həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi