Tunisli deputat Səudiyyə vəliəhdini ölkəsinə səfər etməməyə çağırıb

Tunisli deputat Səudiyyə vəliəhdini ölkəsinə səfər etməməyə çağırıb Bakı. 26 noyabr. REPORT.AZ/ “Qatil bin Salman, Tunisə nə xoş gəldin, nə də səfa gətirdin!”.
Digər ölkələr
26 Noyabr , 2018 20:58
Tunisli deputat Səudiyyə vəliəhdini ölkəsinə səfər etməməyə çağırıb

Bakı. 26 noyabr. REPORT.AZ/ “Qatil bin Salman, Tunisə nə xoş gəldin, nə də səfa gətirdin!”.

“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salmanın Tunisə səfərinə etiraz olaraq deputat İmad əd-Daiminin parlamentdə açıdığı yazılı plakatda belə yazılıb.

Deputat bildirib ki, vəliəhd Tunisə səfər etməklə jurnalist Camal Qaşıqçının qətlindən sonra itən nüfuzunu düzəltməyi hədəf alıb: “İnsanlığa qarşı işlənən cinayətlərdə əli olan Məhəmməd bin Salmanın Tunisə səfərini rədd edirik!”.

İmada əd-Daimi ölkə ictimaiyyətini vəliəhdin Tunisə səfərinə qarşı fəaliyyət göstərməyə çağırıb.

Tunis Prezidentinin sözçüsü Səidə Karaş yerli radiolardan birinə müsahibəsində deyib ki, Məhəmməd bin Salman öz xahişi ilə noyabrın 27-də Tunisə səfər etmək istədiyini bildirib.

Qeyd edək ki, oktyabrın 2-də Camal Qaşıqçı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsuluğunun binasında qətlə yetirilib. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə istinadən bu qətlin əmrinin Məhəmməd bin Salmanın verdiyi barədə informasiya yayılıb

Son xəbərlər

Orphus sistemi