Yuxarı

Tunisdə silahlılar nəzarət-buraxılış məntəqəsinə hücum edib: ölən və yaralananlar var

Tunisdə silahlılar nəzarət-buraxılış məntəqəsinə hücum edib: ölən və yaralananlar var
Hücum zamanı baş vermiş atışmada 2 silahlı məhv edilib
© Courtesy İmage

Bakı. 12 mart. REPORT.AZ/ Tunisdə silahlılar nəzarət-buraxılış məntəqəsinə hücum edib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin cənub-şərqində baş verib. Hücum zamanı 1 polis əməkdaşı həlak olub, həmçinin daha 3 asayiş keşikçisi yaralanıb.

Hücum zamanı baş vermiş atışmada 2 silahlı məhv edilib. Təhlükəsizlik qüvvələri qaçmış terrorçuların axtarışını həyata keçirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi