Tunisdə keçirilmiş prezident seçkilərinin qalibi məlum olub

Tunisdə keçirilmiş prezident seçkilərinin qalibi məlum olub Tunisin Seçki Komissiyası ölkədə keçirilmiş prezident seçkilərinin ikinci turunda müstəqil namizəd Kais Səidin qələbəsini təsdiqləyib.
Digər ölkələr
14 Oktyabr , 2019 21:51
Tunisdə keçirilmiş prezident seçkilərinin qalibi məlum olub

Tunisin Seçki Komissiyası ölkədə keçirilmiş prezident seçkilərinin ikinci turunda müstəqil namizəd Kais Səidin qələbəsini təsdiqləyib.

Bu barədə "Report" AFP-yə istinadən xəbər verir.

"Səid Tunisdə prezident seçkilərində 72,71% səslə qalib gəldi", - agentlik yazır.

Oktyabrın 13-də bildirilirdi ki, Səid Tunisdə prezident seçkilərində qələbə qazanıb. "Exit poll"un nəticələrində də prezident seçkilərində müstəqil namizəd Kais Səidin qalib gəldiyi bildirilirdi. "Sigma Conseil" şirkətinin keçirdiyi rəy sorğularında qeyd edilirdi ki, professor 76,9% seçisi səsi toplayıb.

Ötən gün Tunisdə prezident seçkilərinin ikinci turunun səsverməsi keçirilib.

Son xəbərlər

Orphus sistemi