"Exit poll": Tunisdə keçirilən seçkilərdə müstəqil namizəd qalib gəlib

"Exit poll": Tunisdə keçirilən seçkilərdə müstəqil namizəd qalib gəlib Tunisdə exit pollun nəticələrinə əsasən ötən gün keçirilmiş prezident seçkilərində müstəqil namizəd Kais Səid qalib gəlib.
Digər ölkələr
14 Oktyabr , 2019 07:42
Exit poll: Tunisdə keçirilən seçkilərdə müstəqil namizəd qalib gəlib

Tunisdə "exit poll"un nəticələrinə əsasən ötən gün keçirilmiş prezident seçkilərində müstəqil namizəd Kais Səid qalib gəlib.

"Report" xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Qeyd edilir ki, "Sigma Conseil" şirkətinin keçirdiyi rəy sorğularına görə, professor 76,9% seçisi səsi toplayıb. Seçkilərdə onun rəqibi olmuş biznesmen Nabil Kariu 23%-dən çox səs qazanıb.

Daha əvvəl sorğularda Səidin 72,5%, rəqibinin isə 27,5% səs topladığı bildirilirdi.

Qeyd edək ki, dünən Tunisdə prezident seçkilərinin ikinci turu keçirilib. Oktyabrın 6-da keçirilən prezident seçkilərinin birinci turunda müstəqil namizəd Kais Səid və “Tunisin ürəyi” partiyasını lideri, korrupsiya, maliyyə fırıldaqçılığı ittihamı ilə həbs olunan və səsvermə ərəfəsində azadlığa buraxılan Nabil Karui ən çox səs toplayıb.

Son xəbərlər

Orphus sistemi