Tunis sahil mühafizəsi Afrikadan gələn 13 miqrantın cəsədini tapıb

Tunis sahil mühafizəsi Afrikadan gələn 13 miqrantın cəsədini tapıb Tunisin Sahil Mühafizəsi ölkənin cənub-şərq sahillərindən Afrikadan qeyri-qanuni miqrantların ən az 13 cəsədini tapıb.
Digər ölkələr
7 İyul , 2019 06:03
Tunis sahil mühafizəsi Afrikadan gələn 13 miqrantın cəsədini tapıb

Tunisin Sahil Mühafizəsi ölkənin cənub-şərq sahillərindən Afrikadan qeyri-qanuni miqrantların ən az 13 cəsədini tapıb.

"Report" xəbər verir ki, bubarədə Sinxua agentliyinə Tunisin Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi Monci Slim məlumat verib.

Daha əvvəl bildirilib ki, Tunis sahillərindən qeyri-qanuni miqrantları daşıyan gəmi çevrilib. Dənizdə çətinlik çəkən insanlara dəstək verən humanitar təşkilat olan Alarm Phone-a görə, 80 nəfər itkin düşüb. 

Slim isə deyir ki, Medenin əyalətinin Ben-Qardan şəhəri yaxınlığındakı sahildən 13 cəsəd tapılıb. Digər sərnişinlərin axtarışı davam edir.

Son xəbərlər

Orphus sistemi