​Tunisdə prezident seçkiləri keçirilir

​Tunisdə prezident seçkiləri keçirilir Səsvermənin ikinci turunda hazırki prezidentə qarşı birinci turda qalib gələn Bəyci Kaid Essebsi çıxış edir
Digər ölkələr
21 Dekabr , 2014 13:09
​Tunisdə prezident seçkiləri keçirilir
Bakı. 21 dekabr. REPORT.AZ/ Tunisdə ölkə tarixində ilk dəfə olaraq azad prezident seçkiləri keçirilir.

"Report" BBC-yə istinadən xəbər verir ki, Tunisdə ölkə prezidenti Zin Abedin Bin Əlinin devrilməsi ilə nəticələnən etiraz hərəkatıdan dörd il sonra və "ərəb baharı"nın əvvəllərində, Tunis demokratik idarəçilik sisteminə keçməyi bacaran yeganə ərəb ölkəsi oldu.

Səsvermənin ikinci turunda hazırki prezident Münsif Marzukiyə qarşı birinci turda qalib gələn, lakin səslərin yarısından çoxunu toplaya bilməyən Bəyci Kaid Essebsi çıxış edir.

Son xəbərlər

Orphus sistemi