Yuxarı

Tropik "Neyt" fırtınası qasırğaya qədər güclənə bilər

Tropik "Neyt" fırtınası qasırğaya qədər güclənə bilər
Mərkəzi Amerikada artıq 20-dən çox insan təbii hadisənin qurbanı olub

Bakı. 7 oktyabr. REPORT.AZ/ Mərkəzi Amerikada artıq 20-dən çox insan tropik "Neyt" fırtınasının qurbanı olub.

"Report"un məlumatına görə, bu barədə RİA "Novosti" ABŞ-ın Qasırğalar üzrə Milli Mərkəzinə istinadən xəbər verib.

Qeyd olunur ki, fırtına qasırğaya qədər güclənə bilər. Fırtınanın Karib dənizinin şimal-qərb hissəsində gücləndiyi bildirilir. Meksikanın şimal sahilləri təbii hadisə barədə xəbərdar edilib.

Mütəxəssislərin hesablamalarına əsasən, "Neyt" ABŞ-ın Luiziana və Florida sahillərinə yerli vaxtla saat 19:00-da yaxınlaşacaq. Daha əvvəl hər iki ştatda yaxınlaşmaqda olan təbii hadisə ilə bağlı fövqəladə vəziyyət elan edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi