Tropik "Mariya" fırtınası uraqan həddinə qədər güclənib

Tropik "Mariya" fırtınası uraqan həddinə qədər güclənib Qasırğanın sürəti saatda 120 kilometrə çatıb
Digər ölkələr
18 Sentyabr , 2017 02:19
Tropik Mariya fırtınası uraqan həddinə qədər güclənib
"Reuters"

Bakı. 18 sentyabr. REPORT.AZ/ Atlantik okeanında formalaşmış tropik "Mariya" fırtınası qasırğa həddinə qədər güclənib.

"Report"un məlumatına görə, bu barədə ABŞ Qasırğalar üzrə Milli Mərkəzi xəbər verib.

Qeyd olunur ki, hazırda qasırğa Barbados adasından 225, Dominikan respublikasından 445 kilometr məsafədədir. Qasırğanın sürəti saatda 120 kilometrə çatıb.

"Mariya" şimal-qərbə doğru hərəkət edir.

Son xəbərlər

Orphus sistemi