Yuxarı

Tropik "Fernand" qasırğası Meksika sahillərinə çatıb

​Tropik "Fernand" qasırğası Meksika sahillərinə çatıb

Atlantik okeanında formalaşan tropik "Fernand" qasırğası çərşənbə günü Tamaulipas ştatının Boka-de-Katan ərazisində Meksika sahillərinə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli Milli Su Ehtiyatları Komissiyası məlumat yayıb.

Küləyin sürəti atmosfer norması daxilində 21 metr/saniyə təşkil edir, arabir saniyədə 26,3 metrə çatır.

Meteoroloqların proqnozlarına görə, qasırğa Tamaulipasa özü ilə yağış gətirəcək, həmçinin onunla sərhəddə yerləşən Nuevo-Leon və San-Luis-Potosi ştatlarına da toxunacaq. Sahildə dalğaların hündürlüyü 4 metrə çatacaq.

Yerli hökumət əhalini lazımi tədbirlər görməyə və mülki müdafiə qüvvələrinin xəbərdarlıqlarını izləməyə çağırıb. Hazırda fəlakətdən zərər çəkən və ya həlak olanlar barədə məlumat yoxdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi