Bakı. 24 fevral. REPORT.AZ/ Liviyanın paytaxtı Tripoli yaxınlığında silahlı toqquşma zamanı 4 nəfər həyatını itirib.
"Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı "Reuters" məlumat yayıb.
Agentliyin məlumatına görə, toqquşma İŞİD yaraqlıları ilə "Liviya şəfəqi" alyansı tərəfdə çıxış edən Sabrata Şəhər Hərbi Şurasının üzvləri arasında baş verib.
Şəhər meri ölənlərin hamısının şura üzvləri olduğunu bildirib.