Yuxarı

Tripoli hava limanı fəaliyyətini bərpa edib

Tripoli hava limanı fəaliyyətini bərpa edib

Liviyanın paytaxtı Tripolinin "Mitigə" beynəlxalq hava limanı bu gün raket atəşi səbəbindən müvəqqəti bağlandıqdan sonra fəaliyyətini bərpa edib.

“Report” bu barədə TASS-a istinadən xəbər verir.

Bundan əvvəl raket zərbəsinə məruz qalan hava limanında təyyarələrin eniş-qalxışının dayandırıldığı xəbər verilmişdi. Paytaxtdakı Liviya Milli Uzlaşma Hökumətinin silahlı qüvvələrinin sözçüsü Məhəmməd Qanuno bununla bağlı Liviya Milli Ordusunu ittiham edərək hava limanına 6 ədəd “Qrad” raketinin atıldığını, bu kimi addımların tərəflər arasında atəşkəs tarazlaşmasına zidd olduğunu bildirmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi