ABŞ prezidenti Usama bin Ladenin oğlunun ölümünü təsdiqləyib

ABŞ prezidenti Usama bin Ladenin oğlunun ölümünü təsdiqləyib ABŞ lideri Donald Trump Əl-Qaidə terror təşkilatının öldürülən keçmiş lideri Usama bin Ladenin oğlu Həmzə bin Ladenin ölümünü təsdiqləyib.
Digər ölkələr
14 Sentyabr , 2019 17:48
ABŞ prezidenti Usama bin Ladenin oğlunun ölümünü təsdiqləyib

ABŞ lideri Donald Trump Əl-Qaidə terror təşkilatının öldürülən keçmiş lideri Usama bin Ladenin oğlu Həmzə bin Ladenin ölümünü təsdiqləyib.

"Report" RT-yə istinadən xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Mart ayında Amerika Birləşmiş Ştatları Həmzə bin Ladenin olduğu yeri müəyyənləşdirməyə yardım edəcək hər hansı bir məlumata görə 1 milyon dollara qədər mükafat vəd etmişdi.

Bundan əvvəl KİV-lərdə Usama bin Ladenin oğlunun ölümü barədə xəbər yayılmışdı.

Xatırladaq ki, Usama bin Laden 2011-ci ildə Pakistanda Amerika xüsusi təyinatlılarının keçirdiyi əməliyyat zamanı məhv edilib.

Son xəbərlər

Orphus sistemi